bakı, 23 aprel, arhd.media
orta dəhliz üzrə yükdaşımalar davam etdirilir. eyni zamanda xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə işlər də plan üzrə gedir. bu prosesin gələn il başa çatdırılması nəzərdə tutulub.
arhd.media xəbər verir ki, bunu azərbaycan-qazaxıstan ekspert şurasının iv iclasında qazaxıstanın azərbaycandakı səfiri alim bayel deyib.
diplomat yüksəksəviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafına verdiyi töhfələrdən söz açıb. onun sözlərinə görə, qazaxıstanın istehsal etdiyi yaşıl enerjinin azərbaycan üzərindən avropaya ixracına başlanması üzrə də işlər davam etdirilir.
“qarşılıqlı ticarət və turizmin inkişafı üzrə göstəricilər ildən-ilə artır. biz qazaxıstanda fəaliyyət göstərən universitetlərin bakıda təqdimatını təşkil etmişik. bu ilin yayında azərbaycanın islam əməkdaşlıq təşkilatına üzv ölkələrin ticarət təşkilatına üzv olacağını gözləyirik. ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir. prezident ilham əliyevin də dediyi kimi ötən il aktauda baş verən qəzadan sonra bizim dostluğumuz daha da möhkəmləndi”, - deyə səfir qeyd edib.























