hüseyn işıksal: prezident ilham əliyev şimali kiprin hüquqlarının müdafiəsinə böyük töhfə verir

ankara, 21 aprel, arhd.media



azərbaycan dövləti və şəxsən prezident ilham əliyev şimali kipr türk cümhuriyyətinin (şktc) hüquqlarının müdafiəsi və tanıdılması işinə əhəmiyyətli töhfə verir.

arhd.media xəbər verir ki, bu fikri şktc prezidentinin diplomatik məsələlər üzrə xüsusi müşaviri professor hüseyn işıksal ada universitetində keçirilən “yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda iştirakla bağlı təəssüratlarını bölüşərkən jurnalistlərə bildirib.

professor azərbaycan rəhbərliyinə belə əhəmiyyətli tədbirdə iştirak etmək və prezident ilham əliyevə sual ünvanlamaq imkanı verdikləri üçün dərin təşəkkürünü bildirib.

onun sözlərinə görə, azərbaycan müxtəlif beynəlxalq tədbirlərin təşkili sahəsində ciddi uğurlar qazanaraq etibarlı dialoq platformasına çevrilib. “bunun növbəti bariz nümunəsi də ada universitetində keçirilən beynəlxalq forum oldu”, – deyə o, vurğulayıb.

h.işıksal əlavə edib ki, azərbaycan prezidenti öz çıxışı ilə kipr məsələsinin tarixi və mövcud reallıqları barədə dərin biliklərə malik olduğunu bir daha nümayiş etdirdi.

“biz bir daha şahidi olduq ki, şktc vətəndaşları öz hüquqları uğrunda mübarizədə tək deyillər. yanımızda yalnız türkiyə deyil, azərbaycan da var. dünyanın onlarla ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə bir çox televiziya kanalında canlı yayımlanan tədbirdə prezident ilham əliyev şimali kiprə dəstəyini qəti şəkildə ifadə etdi”, – deyə xüsusi müşavir bildirib.

hüseyn işıksal həmçinin qeyd edib ki, lefkoşa üçün şimali kiprin tanıdılması istiqamətindəki səylərin dost ölkələrin maraqlarına xələl gətirməməsi vacib məsələdir.

“hazırkı mərhələdə azərbaycan və digər ölkələrlə iqtisadi, turizm və təhsil sahələrində əlaqələrin hərtərəfli inkişafı xüsusi əhəmiyyət daşıyır”, – deyə professor vurğulayıb.

Baxış sayı: 4 516

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə