moskva, 17 aprel, arhd.media
rusiya xarici işlər nazirliyi atət-in minsk qrupunun buraxılmasının zəruri olduğunu bəyan edib
atət-in minsk qrupu aktuallığını itirib və buraxılmalıdır.
arhd.media xəbər verir ki, rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi mariya zaxarova azərbaycanın tələblərinə uyğun olaraq atət-in minsk qrupunu buraxmağa çağıran ermənistanın baş nazirinin bəyanatına moskvanın necə münasibət bəsləməsi ilə bağlı sualı cavablandırarkən belə deyib.
rusiya xarici işlər nazirliyinin nümayəndəsinin sözlərinə görə, atət-in minsk konfransının dağlıq qarabağın nizamlanması üzrə həmsədrinin atət tərəfindən təsdiq edilmiş mandatı aktuallığını itirib.
“müvafiq olaraq, nəticədə minsk konfransının bütün strukturları – minsk qrupu, yüksəksəviyyəli planlaşdırma qrupu və atət-in indiki sədrinin dağlıq qarabağ nizamlanması üzrə şəxsi nümayəndəsi vəzifəsi – bütün bunlar buraxılmalıdır”, - deyə o qeyd edib.
“biz öz tərəfimizdən bundan sonra da sülh müqaviləsinin imzalanması yolunda qalan maneələrin aradan qaldırılmasında, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, ermənistan-azərbaycan dövlət sərhədinin delimitasiyası və humanitar məsələlərin həllində tərəfdaşlarımıza köməyi davam etdirmək niyyətindəyik”, - deyə m.zaxarova vurğulayıb.
o əlavə edib ki, moskva üçtərəfli məsələlərin bütün spektri, o cümlədən sülh müqaviləsinin bağlanması üzrə azərbaycan və ermənistan nümayəndələri arasında danışıqlar üçün rusiya platforması təqdim etməyə hazır olduğunu təsdiqləyir.






















