bakı, 16 aprel, arhd.media



tehran şəhərində azərbaycan respublikasının xarici işlər nazirliyi və iran islam respublikasının xarici işlər nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

bu barədə arhd.media-a xarici işlər nazirliyinin mətbuat xidməti idarəsindən bildirilib.

məsləhətləşmələrdə azərbaycan nümayəndə heyətinə azərbaycan respublikası xarici işlər nazirliyinin konsulluq idarəsinin rəisi emil səfərov, iran nümayəndə heyətinə isə iran islam respublikasının xarici işlər nazirliyinin baş direktoru moctəba şəsti kərimi rəhbərlik edib.

tədbirdə azərbaycanın irandakı səfirliyinin və təbriz şəhərindəki baş konsulluğunun əməkdaşları, azərbaycan və iranın xarici siyasət qurumunun rəsmiləri, həmçinin iki ölkənin ədliyyə nazirliyi, daxili işlər nazirliyi, dövlət miqrasiya xidməti və dövlət sərhəd xidmətinin nümayəndələri də iştirak ediblər.

konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

tərəflər iki ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması, onlara çevik və effektiv konsulluq-hüquqi yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, yaranmış çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.

daxil işlər, ədliyyə, miqrasiya, sərhəd, gömrük orqanları arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin əhəmiyyəti vurğulanıb.

eyni zamanda, məsləhətləşmələr çərçivəsində azərbaycan nümayəndə heyəti iranın xarici işlər nazirinin müavini vahid cəlalzadeh tərəfindən qəbul edilib.

Baxış sayı: 6 391

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə