bakı, 16 aprel, arhd.media



astanada təşkil olunan ii mərkəzi asiya media forumu çərçivəsində medianın inkişafı agentliyinin (media) icraçı direktoru əhməd ismayılov ilə qazaxıstan respublikasının mədəniyyət və informasiya naziri aida balayeva arasında ikitərəfli görüş keçirilib.

media-dan arhd.media-a bildirilib ki, görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin, yeni təşəbbüslərin həyata keçirilməsinin önəmi vurğulanıb. bununla yanaşı, tərəflər arasında imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlərə toxunulub, media sahəsində mütəxəssislərin hazırlanması, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizə üsullarına dair təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.

Baxış sayı: 6 394

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə