bakı, 16 aprel, arhd.media
itki və zərər fondu ilkin olaraq 2026-cı ilin sonunadək həssas icmalara 250 milyon dollar ayıracaq.
arhd.media xəbər verir ki, bu barədə “climate home news” nəşrinin məqaləsində deyilir.
nəşr qeyd edir ki, barbadosda keçirilən üçgünlük iclasda fondun idarə heyəti fəalların tələb etdiyi kimi, icma səviyyəsində fəaliyyətə deyil, ilk növbədə, iqlim fəlakətlərinə qarşı milli reaksiyaların gücləndirilməsinə yönələcək mexanizmin ilkin mərhələsinin strategiyasını razılaşdırıb. fond inkişaf etməkdə olan ölkələr tərəfindən təqdim edilən layihə təkliflərinə 5-20 milyon abş dolları arasında qrantlar verəcək. idarə heyətinin növbəti iclasında bu vəsaitin təsdiqinin birinci mərhələsi gözlənilir. təbii fəlakət baş verərsə, hökumətlər məcburi köçkünlər üçün müvəqqəti mənzillər ayrılması istiqamətində təcili tədbirlər üzrə də birbaşa dəstək ala biləcəklər.
ilkin mərhələ rəsmi olaraq görüşün ev sahibi ölkəsinə uyğun olaraq barbados icra mexanizmləri (bim) adlanacaq. gərgin müzakirələrdən sonra idarə heyətinin üzvləri qərara gəliblər ki, bu mərhələdə inkişaf etməkdə olan kiçik ada dövlətləri və dünyanın ən az inkişaf etmiş ölkələri fondun vəsaitlərinin ən azı 50 faizini alacaqlar.
cop29-un rəsmi saytında deyilir: “cop29-un rəyasət heyəti itki və zərərlərin təzminatı fondunun (frld) idarə heyətinin ilkin mərhələni, barbados icra mexanizmlərini işə salmaq və həssas icmaların dəstək ala bilməsini təmin etmək üçün 2026-cı ilin sonunadək 250 milyon dollar ayırmaq qərarını alqışlayır. fondun fəaliyyətə başlaması və onun 2025-ci ildə maliyyə vəsaitlərini bölüşdürməyə hazır olması cop29-un bakıdakı sədrliyinin aydın prioriteti idi. biz fonda onun həyati əhəmiyyətli işini dəstəkləmək üçün əlavə töhfələr verməyə çağırmaqda davam edirik”.
qeyd edək ki, bmt-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasında (cop29) inkişaf etməkdə olan ölkələr, o cümlədən kiçik ada dövlətləri, az inkişaf etmiş ölkələr və afrika ölkələri tərəfindən çoxdan gözlənilən itki və zərər fondunun tam fəaliyyət göstərməsini təmin etmək barədə qərar qəbul edilib. beləliklə, cop29-da üç sənəd imzalanıb. birinci sənəd fondun baş qərargahının yerləşdiyi filippinlə, ikinci sənəd dünya bankı ilə, üçüncü sənəd donor ölkələrlə imzalanıb. 2025-ci ildən inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərmək üçün fondun təsis edilməsi prosesi də başa çatıb.





















