bakı, 15 aprel, arhd.media
baş nazir əli əsədov gürcüstan prezidenti mixeil kavelaşvili ilə görüşüb
azərbaycan respublikasının baş naziri əli əsədov aprelin 15-də ölkəmizdə rəsmi səfərdə olan gürcüstan prezidenti mixeil kavelaşvili ilə görüşüb.
arhd.media xəbər verir ki, görüşdə azərbaycan-gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.























