bakı, 10 aprel, arhd.media
xəbər verdiyimiz kimi, 2025-ci il martın 1-də qərbi azərbaycan icması qadınlar şurasının təşkilatçılığı ilə onlayn formatda “qaçqınlıq və qadınlar” mövzusunda beynəlxalq konfrans keçirilib. 8 mart - beynəlxalq qadınlar günü ərəfəsində keçirilmiş konfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquq pozuntularına cəlb etmək idi. konfrans iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul edilib.
qərbi azərbaycan icmasından arhd.media-a bildirilib ki, sözügedən müraciət bmt-nin baş assambleyasının və təhlükəsizlik şurasının rəsmi sənədi kimi yayılıb. sənədin bmt-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması qərbi azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır.
qərbi azərbaycan icması geri qayıdış hüququnun təşviqi və bu müstəvidə humanitar məsələlərin işıqlandırılması istiqamətində səylərini davam etdirir.






















