prezidentin mətbuat xidmətinin məlumatı
aprelin 5-də özbəkistan respublikasının prezidenti şavkat mirziyoyev azərbaycan respublikasının prezidenti ilham əliyevə zəng edib.
telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
iqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub.
prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıblar.
telefon danışığı zamanı regional, o cümlədən türk dövlətləri təşkilatı və iqtisadi əməkdaşlıq təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.























