bakı, 4 aprel, arhd.media



parlamentlərarası ittifaq ilə qh parlament şəbəkəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib


özbəkistanın paytaxtı daşkənd şəhərində işgüzar səfərdə olan milli məclisin sədri sahibə qafarova aprelin 4-də parlamentlərarası ittifaqın (pai) baş katibi martin çunqonq ilə görüşüb.

milli məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, görüşdə milli məclislə parlamentlərarası ittifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. bildirilib ki, parlamentlərarası ittifaq beynəlxalq əməkdaşlıq baxımından səmərəli platformadır.

qeyd olunub ki, beynəlxalq parlament qurumları ilə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edən milli məclis parlamentlərarası ittifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir. tərəflərin birgə əməkdaşlığı ilə bir sıra tədbirlərin uğurla təşkil olunması əməkdaşlığımızın daha da dərinləşməsinə imkanlar yaradır.

söhbət zamanı azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunması müsbət qiymətləndirilib. milli məclisin deputatlarının təşkilatın rəhbər orqanlarında təmsil olunmasından məmnunluq ifadə edilib.

söhbət zamanı regionda mövcud vəziyyət, azərbaycan və ermənistan arasında normallaşma prosesi barədə də fikir mübadiləsi aparılıb.

sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını bildirən milli məclisin sədri sahibə qafarova deyib ki, növbəti addım olaraq ermənistan öz konstitusiyasında dəyişiklik etməli və ölkəmizə qarşı ərazi iddialarını əks etdirən müddəa konstitusiyadan çıxarılmalıdır. bununla yanaşı, azərbaycanın öz torpaqlarını öz gücü hesabına işğaldan azad etməsindən sonra faktiki olaraq fəaliyyətinə heç bir əsas qalmayan minsk qrupu ləğv olunmalıdır. sahibə qafarova deyib ki, əgər ermənistan sülh müqaviləsinin imzalanmasını istəyirsə, azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir.

görüşdə, həmçinin parlamentlərarası ittifaq ilə qoşulmama hərəkatının (qh) parlament şəbəkəsi arasında da əməkdaşlıq məsələləri müzakirə edilib. martin çunqonq parlament şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib və iki təşkilat arasında əməkdaşlığın önəmini diqqətə çatdırıb.

söhbət zamanı parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində rolu, bir sıra problemlərin həllinə töhfəsi barədə fikirlər səsləndirilib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirələr aparılıb.

Baxış sayı: 4 447

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə