bakı, 4 aprel, arhd.media
azərbaycandan avropaya ixrac olunan qazın həcmi iki dəfə artaraq, 14 milyard kubmetrə çatıb.
arhd.media xəbər verir ki, bunu energetika naziri pərviz şahbazov cənub qaz dəhlizi məşvərət şurası çərçivəsində nazirlərin 11-ci və yaşıl enerji məşvərət şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
onun sözlərinə görə, azərbaycanın hasilat layihələri sürətlə inkişaf etdirilməli, boru kəmərinin nəqletmə qabiliyyəti artırılmalı və mərkəzləşdirilmiş kompressor stansiyası tikilməlidir.
“azərbaycan və avropa istehlakçıları arasında uzunmüddətli qaz müqavilələri imzalana bilər. bu, avropa ittifaqı üçün ən vacib zəmanət olacaq. dəhlizin genişləndirilməsi birmənalı şəkildə avropanın enerji gücünü artıracaq ki, belə bir əlaqələndirilmiş və güclü əməkdaşlıq ilə azərbaycan, avropa ittifaqı, enerji şirkətləri, regional iştirakçılar və maliyyə təchizatları – biz cənub qaz dəhlizini artıq yeni səviyyə qaldıracağıq. bunun üçün çalışmalıyıq”, – deyə nazir əlavə edib.























