astana, 3 aprel, arhd.media
özbəkistanda avropa investisiya bankının regional ofisi açılacaq
səmərqənddə özbəkistan respublikasının prezidenti şavkat mirziyoyev, avropa ittifaqı şurasının prezidenti antonio koşta və avropa komissiyasının sədri ursula fon der lyayenin iştirakı ilə avropa investisiya bankının regional ofisinin təsis edilməsi haqqında saziş imzalanıb.
arhd.media özbəkistan prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, daşkənd şəhərində ofisin açılması qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə, özbəkistanda və bütövlükdə mərkəzi asiyada “yaşıl” iqtisadiyyatın, innovativ sənayenin və müasir infrastrukturun inkişafına cəlb edilən investisiyaların həcmini artırmağa imkan verəcək.
qeyd edək ki, 1958-ci ildə yaradılmış avropa investisiya bankı ai-nin aparıcı maliyyə institutudur.























