moskva, 3 aprel, arhd.media
rusiya xarici işlər nazirinin müavini: ermənistan eyni vaxtda aii və ai-nin üzvü ola bilməz
ermənistan eyni vaxtda aii və ai-nin üzvü ola bilməz.
arhd.media xəbər verir ki, bu barədə rusiya xarici işlər nazirinin müavini mixail qaluzin “ria novosti” agentliyinə müsahibəsində bildirib.
o, ermənistan parlamentinin ölkənin ai-yə daxil olmaq niyyəti ilə bağlı qəbul etdiyi qanun layihəsini şərh edərkən qeyd edib: “biz əminik ki, avrasiya iqtisadi ittifaqı və avropa ittifaqı kimi bir-birinə zidd olan iki assosiasiyada eyni vaxtda olmaq mümkün deyil”.
m.qaluzinin fikrincə, ermənistan üçün bu iki variantdan hansının daha yaxşı olması ilə bağlı qərarı rəsmi irəvan verməlidir.
























