aşpa-nın yaz sessiyasının gündəliyi açıqlanıb

paris, 2 aprel, arhd.media



aşpa-nın yaz sessiyasının gündəliyi açıqlanıb


avropa şurası parlament assambleyasının (aşpa) aprelin 7-dən 12-dək fransanın strasburq şəhərində keçiriləcək yaz sessiyasının gündəliyi məlum olub.

arhd.media xəbər verir ki, sessiya çərçivəsində gürcüstan, türkiyə, ukrayna və serbiya ilə bağlı məsələlər müzakirə ediləcək. “qəzzanın humanitar blokadasına dərhal son qoyulması və atəşkəsin bərpası üçün təcili çağırış” mövzusunda müzakirələr aparılacaq. eyni zamanda, avropada demokratik təhlükəsizliyə təhdid kimi xarici müdaxilə ilə bağlı növbəti məsləhətləşmələr keçiriləcək. avropa şurası (aş) ilə avropa siyasi birliyi arasında qarşılıqlı əlaqələr, avropa insan hüquqları məhkəməsinin qərarlarının icrası, avropa ittifaqının avropa insan hüquqları konvensiyasına qoşulmasının hüquqi aspektləri və ətraf mühitin mühafizəsinə dair aş-nin konvensiya layihəsi debata çıxarılacaq. avropa şurası ilə latın amerikası ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi, əcnəbilərin kollektiv şəkildə qovulmasının dayandırılması, aş çərçivəsində qanunun aliliyi və korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı müzakirələr olacaq. assambleyanın reqlamentinin bəzi müddəalarına düzəlişlərin edilməsi də gündəlikdə əksini tapıb.

sessiya zamanı parlamentarilərin sualları cavablandırılacaq.

Baxış sayı: 4 343

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə