bakı, 25 mart, arhd.media


beynəlxalq avrasiya mətbuat fondunun (bamf) nümayəndə heyəti bmt-nin insan hüquqları şurasının 58-ci sessiyasında iştirak etmək və tədbir çərçivəsində bamf-ın yan tədbirini keçirmək məqsədilə təşkilatın isveçrənin cenevrə şəhərindəki qərargahında olub.

fonddan arhd.media-a bildiriblər ki, bamf-ın prezidenti umud mirzəyevin, proqram departamentinin əməkdaşı jon ayomidenin və qurumun xüsusi nümayəndəsi nik nvolisanın iştirak etdikləri səfər çərçivəsində bmt rəsmiləri və cenevrədə təmsil olunan qht-lər ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub.

qeyd edək ki, “münaqişə zonalarında uşaqların hüquqları” adlı yan tədbir bamf-ın təşkilatçılığı və azərbaycan respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi dəstəyi ilə martın 27-də keçiriləcək. tədbirdə müasir dünyada münaqişələrin dağıdıcı təsirlərinə məruz qalan azyaşlıların, o cümlədən ötən əsrin 80-ci illərinin sonunda öz doğma torpaqlarından deportasiya olunan, birinci və ikinci qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq.

Baxış sayı: 3 011

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə