bakı, 21 mart, arhd.media
vladimir putin: əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik
rusiya-azərbaycan münasibətləri tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir.
arhd.media xəbər verir ki, bu fikir rusiya prezidenti vladimir putinin novruz bayramı münasibətilə azərbaycan prezidenti ilham əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.
rusiya prezidenti təbrik məktubunda deyib: “əminəm ki, biz birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə, cənubi qafqazda və xəzərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik.
hörmətli ilham heydər oğlu, bu əziz bayram günündə sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, azərbaycanın bütün vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram”.























