prezident ilham əliyev: ikinci dünya müharibəsindən sonra azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb

bakı, 18 mart, arhd.media


indi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. indi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir.

arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev ağdərənin suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.

dövlətimizin başçısı qeyd edib: “görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, ikinci dünya müharibəsindən sonra azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”.

Baxış sayı: 5 289

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə