bakı, 17 mart, arhd.media
baş nazir əli əsədov türkiyənin azərbaycandakı səfiri ilə görüşüb
martın 17-də azərbaycan respublikasının baş naziri əli əsədov türkiyə respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri birol akgünlə görüşüb.
nazirlər kabinetindən arhd.media-a bildiriblər ki, baş nazir ə.əsədov b.akgünü azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.
görüşdə azərbaycan-türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.
iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.























