bakı, 17 mart, arhd.media
bu gün rusiya ilə azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir. bu, ilk növbədə, xalqlarımızın maraqlarına cavab verdiyi üçün mümkün olub.
arhd.media xəbər verir ki, bu sözləri martın 17-də bakıda keçirilən azərbaycan respublikası milli məclisi və rusiya federasiyası federal məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının 22-ci iclasının açılış mərasimində rusiya federasiyası federal məclisi federasiya şurasının sədri valentina matviyenko deyib.
o bildirib: “biz münasibətlərimizi dostluq, qarşılıqlı hörmət prinsipləri əsasında, bir–birimizin milli maraqlarını nəzərə alaraq qururuq. əlbəttə ki, bunda əsas rolu rusiya-azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi yolunu əsas kimi tutan prezidentlərimiz, liderlərimiz vladimir putinin və ilham əliyevin iradəsi oynayır”.






















