iordaniya bakı və irəvan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını dəstəkləyir
iordaniya azərbaycan və ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
“arhd.media” xəbər verir ki, bu barədə krallığın xarici siyasət idarəsinin bəyanatında bildirilib.
"iordaniya xin azərbaycan və ermənistan arasında sülh danışıqlarında çoxillik münaqişəyə son qoyacaq sazişin imzalanması istiqamətində əldə edilmiş irəliləyişi alqışlayır. nazirliyin rəsmi nümayəndəsi sufian qudah krallığın mübahisələrin dinc vasitələrlə həllinə, regional və beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş bütün səylərə dəstəyini vurğulayıb", - bəyanatda bildirilib.






















