bakı, 25 yanvar, arhd.media


 



 azərbaycan bir sıra önəmli beynəlxalq platformalarda fəal iştirak edir. belə platformalardan biri də ənənəvi olaraq hər il isveçrənin davos şəhərində keçirilən dünya iqtisadi forumudur. 1974-cü ildən sonra demək olar hər il keçirilən dünya iqtisadi forumu bu il “ağıllı əsr üçün əməkdaşlıq” devizi altında təşkil olunub. prezident ilham əliyev hər dəfə davos forumu kimi nüfuzlu platformadan istifadə edərək azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. dövlətimizin başçısı bu dəfə də forum çərçivəsində müxtəlif görüşlər keçirərək nəzərdə tutulan regional layihələr, həmçinin avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi azərbaycanın mühüm rolunu diqqət mərkəzində saxlayıb.

“forum dünyanın iqtisadi coğrafiyasında yeni təşəbbüskarlığa, o cümlədən enerji-nəqliyyat layihələrinin gerçəkləşməsinə siyasi dəstəyi də ifadə edir. bu baxımdan azərbaycanın liderliyi ilə regionda reallaşan enerji-nəqliyyat, bərpaolunan enerji layihələri qlobal iqtisadiyyata yeni istiqamətlər vermək baxımından əhəmiyyət kəsb edir. 55-ci davos forumu da azərbaycan üçün olduqca məhsuldar və səmərəli keçib. prezident ilham əliyevin davosda qarşı tərəflərin müraciəti əsasında almaniya kansleri olaf şolts, israilin prezidenti isxak hersoq, latviya prezidenti edqars rinkeviçs, iraq rəhbəri camal rəşid, ukrayna prezidenti volodimir zelenski və digər şəxslərlə keçirdiyi görüşlərdə azərbaycan ilə həmin ölkələr arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb. biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onlar arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd olunub. “azərbaycanın dövlət başçısının dünyanın nəhəng investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə də görüşləri yaddaqalan olub. onların sırasında “the goldman sachs group inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti cared kohen ilə görüş xüsusi vurğulanmalıdır. görüşdə azərbaycan ilə “the goldman sachs group inc.” şirkəti və digər təşkilatlar arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. bütün bunlar azərbaycan prezidentinin dünyada yüksək nüfuzundan xəbər verir”

Baxış sayı: 4 883

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə