bakı, 15 mart, arhd.media
xii qlobal bakı forumunun üçüncü günündə “yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel iclas işə başlayıb.
arhd.media xəbər verir ki, annenberq siyasət mərkəzinin eksperti susan nessin moderatorluğu ilə keçən paneldə beynəlxalq telekommunikasiya ittifaqının baş direktorunun müavini tomas lamanauskas, oksford universitetində süni intellekti idarəetmə təşəbbüsünün baş məsləhətçisi sam davs, yunanıstanın sabiq baş naziri (2009-2011) george papandreu, birləşmiş millətlər təşkilatının baş qərargahında informasiya və kommunikasiya texnologiyaları ofisinin informasiya texnologiyaları mütəxəssisi, baş katibin köməkçisi bernardo mariano, bolqarıstanın sabiq prezidenti rozen plevneliyev, monteneqronun sabiq müdafiə naziri miliça pejanoviç, şanxay əməkdaşlıq təşkilatının keçmiş baş katibi, özbəkistanın sabiq xarici işlər naziri vladimir norov, dördüncü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin icraçı direktoru fariz cəfərov mövzu ilə əlaqədar çıxış edəcək, müzakirələr aparılacaq.























