bakı, 14 mart, arhd.media
iqtisadiyyat nazirinin italiyanın şirkətlər və “made in italy” naziri ilə görüşündə biznes tərəfdaşlığı, ölkələrimizi təmsil edən şirkətlərin qarşılıqlı fəaliyyəti və yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.
bu barədə arhd.media-a iqtisadiyyat nazirliyindən məlumat verilib.
bildirilib ki, iqtisadiyyat naziri mikayıl cabbarov italiyaya səfəri çərçivəsində bu ölkənin şirkətlər və "made in italy" naziri adolfo urso ilə görüşüb.
görüşdə azərbaycan ilə italiyanın biznes tərəfdaşlığı, ölkələrimizi təmsil edən şirkətlərin qarşılıqlı fəaliyyəti və yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.























