prezident ilham əliyev iqtisadi əməkdaşlıq təşkilatının baş katibini qəbul edibprezident ilham əliyev iqtisadi əməkdaşlıq təşkilatının baş katibini qəbul edib yenilənib video

bakı, 12 mart, arhd.media



prezident ilham əliyev iqtisadi əməkdaşlıq təşkilatının baş katibini qəbul edib


azərbaycan respublikasının prezidenti ilham əliyev martın 12-də iqtisadi əməkdaşlıq təşkilatının baş katibi əsəd məcid xanı qəbul edib.

arhd.media xəbər verir ki, dövlətimizin başçısı bu il azərbaycanın iqtisadi əməkdaşlıq təşkilatının sammitinə ev sahibliyi edəcəyini deyərək, əsəd məcid xanın ölkəmizə səfərinin zirvə toplantısına hazırlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi. azərbaycanın iqtisadi əməkdaşlıq təşkilatının fəal üzvü olduğunu vurğulayan prezident ilham əliyev bildirdi ki, ölkəmiz təşkilat çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və gündəlikdə duran məsələlərin irəli aparılmasına öz töhfəsini verməyə hazırdır.

əsəd məcid xan da öz növbəsində azərbaycanın iqtisadi əməkdaşlıq təşkilatının fəal üzvü olduğunu dedi və ölkəmizin təşkilatın alt strukturlarına ev sahibliyi etməsini, gündəlikdə duran məsələlərin həyata keçirilməsi işinə daim dəstək verməsini məmnunluqla vurğuladı. qonaq təşkilata üzv dövlətlərin tarixi, mədəni və coğrafi yaxınlığı, din və digər sahələrdə ortaq dəyərləri, bənzərlikləri bölüşdüyünü deyərək, təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların və perspektivlərin olduğunu qeyd etdi.

baş katib əsəd məcid xan ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübəyə malik olduğunu, xüsusilə cop29-u uğurla keçirdiyini vurğuladı və iqtisadi əməkdaşlıq təşkilatının sammitinin də azərbaycan tərəfindən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirdi.

qonaq səfər çərçivəsində xii qlobal bakı forumunda iştirak edəcəyini məmnunluqla vurğuladı və bu forumun dünya miqyasında qlobal məsələlərin müzakirəsi baxımından vacib platformalardan biri olduğunu qeyd etdi.

söhbət zamanı azərbaycan ilə iqtisadi əməkdaşlıq təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Baxış sayı: 5 687

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə