bakı, 12 mart, arhd.media
latviyanın sabiq prezidenti: xll bakı qlobal forumu iştirakçıların azərbaycanı tanıması üçün gözəl fürsətdir
“bakıda keçiriləcək xii bakı qlobal forumunda 400-ə yaxın iştirakçı gözlənilir və bu, onların azərbaycanı tanıması üçün gözəl fürsətdir”.
arhd.media xəbər verir ki, bunu latviyanın sabiq prezidenti (1999-2007), nizami gəncəvi beynəlxalq mərkəzinin həmsədri vayra vike-frayberqa xii bakı qlobal forumunun idarə heyətinin mətbuat konfransında deyib.
o qeyd edib ki, ölkələr arasındakı münaqişələr mülki infrastrukturun dağıdılmasına, insanların qətlə yetirilməsinə səbəb olur: “forumda bütün bu məsələlərin müzakirə olunacağına və həll yolları axtarılacağına inanıram.
keçən ilin payızında dünyanın diqqətini özünə cəlb edən cop29-da aparılan müzakirələrin problemlərin həllinə necə müsbət təsir göstərə biləcəyini gördük. beləliklə, forum dünyanın müxtəlif yerlərindən olan iştirakçıların çox geniş şəkildə müzakirələr apara biləcəyi platforma olacaq”.





















