ankara, 12 mart, arhd.media
türkiyənin milli müdafiə naziri yaşar güler səudiyyə ərəbistanına səfəri çərçivəsində krallığın müdafiə nazirliyinin rəhbəri şahzadə xalid bin salman ilə görüşüb.
türkiyənin milli müdafiə nazirliyindən arhd.media-a bildirilib ki, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
ankara ilə ər-riyad arasında son illər fəal dialoq ikitərəfli əlaqələrə, o cümlədən müdafiə sektoruna təkan verib.
yanvarın əvvəlində türkiyə müdafiə sənayesi idarəsinin rəhbəri haluk görgün ər-riyada səfər edib.























