bakı, 11 mart, arhd.media
baş nazirin müavini samir şərifov ispaniyanın ticarət üzrə dövlət katibi ilə görüşüb
azərbaycan respublikası baş nazirinin müavini samir şərifov martın 11-də ispaniya krallığının iqtisadiyyat, ticarət və biznes nazirliyinin ticarət üzrə dövlət katibi mariya amparo lopes senovilya ilə görüşüb.
nazirlər kabinetindən arhd.media-a bildirilib ki, görüşdə iki ölkə arasında strateji iqtisadi dialoqun birinci iclasının bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb. həmçinin azərbaycan-ispaniya biznes forumunun və azərbaycanın iqtisadiyyat nazirliyi ilə ispaniyanın iqtisadiyyat, ticarət və biznes nazirliyi arasında “strateji iqtisadi əməkdaşlığa dair anlaşma memorandumu”nun imzalanmasının iqtisadi əlaqələrin gücləndirilməsinə təkan verəcəyinə ümidvarlıq ifadə olunub.
s.şərifov ötən ilin noyabrında cop29 çərçivəsində azərbaycan respublikasının prezidenti ilham əliyev ilə ispaniya krallığı hökumətinin sədri pedro sançez arasında keçirilmiş görüşün ikitərəfli əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmini vurğulayıb.






















