bakı, 11 mart, arhd.media

dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri ramin məmmədov iğdır şəhərində türkiyənin diyanət işləri idarəsinin sədri ali erbaş ilə görüşüb.

komitədən arhd.media-a verilən məlumata görə, görüş zamanı azərbaycan və türkiyə prezidentlərinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində iki qardaş ölkə arasında çoxşaxəli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etməsi məmnunluqla vurğulanıb. dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

türkiyənin diyanət işləri idarəsinin sədri ali erbaş dünyada sülhün, əmin-amanlığın bərpa olunmasında, bəşəriyyəti münaqişələrdən xilas etmək üçün müxtəlif dinlərin, mədəniyyətlərin, sivilizasiyaların harmoniyasına, birliyinə ciddi zərurət olduğunu bildirib. bu baxımdan, bütün dinlərin mənsublarını birliyə, vəhdətə səsləyən, islam həmrəyliyinə çağırış edən təşəbbüslərə ehtiyacın yarandığını vurğulayan a.erbaş azərbaycanın islam həmrəyliyi ideyasını qlobal səviyyədə təşviq etməsini, dinlərarası dialoqa verdiyi töhfələri yüksək dəyərləndirib.

iki qardaş xalqın birliyinin islam həmrəyliyinə böyük töhfə olduğunu diqqətə çatdıran dövlət komitəsinin sədri ramin məmmədov ölkəmizin ümumbəşəri ideyaların xüsusi diqqət və qayğı sərgilədiyi nümunəvi məkan statusunu qorumağa davam etdiyini bildirib. islam dininin irəli sürdüyü bərabərlik, ədalət, insanpərvərlik və sülh ideyalarının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini vurğulayıb.

Baxış sayı: 35

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə