bakı, 11 mart, arhd.media

iqtisadiyyat naziri mikayıl cabbarov ispaniyanın ticarət məsələləri üzrə dövlət katibi amparo lopez senoviya ilə görüşüb.

nazirlikdən arhd.media-a bildirilib ki, görüşdə bu gün keçirilən azərbaycan-ispaniya biznes-forumunun iqtisadi-ticarət əlaqələrinin, o cümlədən işgüzar dairələr arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

ölkəmizin ispaniya ilə əməkdaşlığın inkişafına önəm verdiyi, keçirilən görüşlərin və aparılan müzakirələrin bu baxımdan vacibliyi diqqətə çatdırılıb. tərəflər azərbaycan və ispaniya arasında strateji iqtisadi dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

görüş çərçivəsində “azərbaycan respublikasının iqtisadiyyat nazirliyi və ispaniya krallığının iqtisadiyyat, ticarət və biznes nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında anlaşma memorandumu” imzalanıb.

sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək.

Baxış sayı: 27

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə