bakı, 11 mart, arhd.media
şimali makedoniya prezidenti fəxri xiyabanda ulu öndər heydər əliyevin xatirəsini anıb
ölkəmizdə rəsmi səfərdə olan şimali makedoniya respublikasının prezidenti qordana silyanovska-davkova martın 11-də fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil azərbaycan dövlətinin memarı və qurucusu heydər əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
arhd.media xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik zərifə xanım əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.


























