bakı, 10 mart, arhd.media
ceyhun bayramov qazaxıstana rəsmi səfərə yola düşüb
azərbaycanın xarici işlər naziri ceyhun bayramov qazaxıstana rəsmi səfərə yola düşüb.
bu barədə azərbaycan xarici işlər nazirliyindən arhd.media-a məlumat verilib.
bildirilib ki, rəsmi səfər çərçivəsində martın 11-də nazir ceyhun bayramovun qazaxıstan respublikasının baş nazirinin müavini, xarici işlər naziri murat nurtleu, habelə digər yüksək səviyyəli rəsmilər ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.






















