prezident: bu gün türkiyə ilə azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
bakı, 5 mart, arhd.media
bu gün türkiyə ilə azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir. bakı-tbilisi-ceyhan, bakı-tbilisi-ərzurum, tanap kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimiz birləşdirdi, eyni zamanda, avrasiyanın enerji xəritəsini dəyişdirdi.
arhd.media xəbər verir ki, bu barədə prezident ilham əliyev iğdır-naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında deyib.
dövlətimizin başçısı qeyd edib ki, bu gün azərbaycanda türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.






















