ceyhun bayramov d-8 iqtisadi əməkdaşlıq təşkilatının baş katibi ilə görüşüb

bakı, 4 mart, arhd.media



ceyhun bayramov d-8 iqtisadi əməkdaşlıq təşkilatının baş katibi ilə görüşüb


xarici işlər naziri ceyhun bayramov inkişaf etməkdə olan səkkiz ölkənin iqtisadi əməkdaşlıq təşkilatının (d-8) baş katibi isiaka abdulqadir imam ilə görüşüb.

arhd.media xəbər verir ki, bu barədə xarici işlər nazirliyi məlumat yayıb. bildirilib ki, görüşdə azərbaycanın d-8-ə üzvlüyündən irəli gələn əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub. nazir ceyhun bayramov d-8-in ötənilki sammiti çərçivəsində ölkəmizin təşkilata üzv seçilməsinin azərbaycanın artan regional və beynəlxalq nüfuzunun, habelə təşkilat tərəfindən göstərilən etimadın təcəssümü olduğunu məmnunluqla qeyd edib. üzvlüyümüzün öz növbəsində d-8-in tarixində ilk genişlənmə olaraq tarixə düşdüyü, öz növbəsində ölkəmizin təmsilçiliyinin, o cümlədən təşkilatın coğrafiyasının genişlənməsində mühüm rol oynadığı qeyd edilib. azərbaycanın bundan sonra da ikitərəfli əsasda, o cümlədən d-8 çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyi qeyd olunub. tərəflər, eyni zamanda, d-8 çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, kommunikasiyalar, humanitar, təhsil və s. sahələr üzrə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu qeyd edərək, bu istiqamətdə gələcək planlar üzrə müzakirə aparıblar. nazir ceyhun bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumatlandırıb. görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 445

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə