prezident ilham əliyev d-8 iqtisadi əməkdaşlıq təşkilatının baş katibini qəbul edib  yenilənib  video

bakı, 4 mart, arhd.media



prezident ilham əliyev d-8 iqtisadi əməkdaşlıq təşkilatının baş katibini qəbul edib 


azərbaycan respublikasının prezidenti ilham əliyev martın 4-də d-8 iqtisadi əməkdaşlıq təşkilatının baş katibi isiaka abdulqadir imamı qəbul edib.

arhd.media xəbər verir ki, ölkəmizin d-8 iqtisadi əməkdaşlıq təşkilatına üzv olması ilə bağlı qəbul edilən yekdil qərara görə üzv dövlətlərə minnətdarlığını bildirən prezident ilham əliyev tamhüquqlu üzv kimi azərbaycanın bu təsisatın inkişafı ilə bağlı səylərini əsirgəməyəcəyini vurğuladı. dövlətimizin başçısı d-8 iqtisadi əməkdaşlıq təşkilatı yaranandan bəri ona qoşulan ilk ölkənin azərbaycan olmasından məmnunluğunu bildirdi. prezident ilham əliyev bu qərarı, eyni zamanda, üzv ölkələr tərəfindən azərbaycana göstərilən hörmət və həmin ölkələr arasında böyük dostluğun nümunəsi kimi qiymətləndirdi. dövlətimizin başçısı qeyd etdi ki, d-8 ölkələri ilə azərbaycanın qarşılıqlı milli maraqlara əsaslanan səmərəli konstruktiv ikitərəfli münasibətləri mövcuddur. azərbaycanın aidiyyəti qurumları ilə təşkilat arasında əlaqələrin yaradılmasının önəminə toxunan dövlətimizin başçısı onun coğrafiyasının xəzər dənizi və qafqaz regionuna genişlənməsinin əhəmiyyətini vurğuladı. prezident ilham əliyev bu xüsusda təşkilatın bölgəyə yaxınlaşmasında regionun mühüm ölkəsi kimi azərbaycanın rolunu qeyd etdi.

dövlətimizin başçısı baş katib isiaka abdulqadir imamın ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə etdi.

qəbula görə minnətdarlığını bildirən d-8 iqtisadi əməkdaşlıq təşkilatının baş katibi azərbaycanın bu təsisata üzv olması və müqəddəs ramazan ayı münasibətilə təbriklərini çatdırdı. qonaq, eyni zamanda, cop29-da azərbaycanın uğurlu sədrliyi ilə bağlı dövlətimizin başçısını təbrik edərək, ölkəmizin sədrliyi çərçivəsində cop29-da iqlim gündəliyi üzrə ciddi qərarların qəbul olunduğunu vurğuladı.

d-8-in dünyada 1,2 milyard əhalisi olan üzv dövlətləri əhatə edən böyük iqtisadi və ticari potensiala malik təsisat olduğunu deyən baş katib onun fəaliyyətinin əsasında ölkələr arasında iqtisadi-ticari münasibətlərin inkişafının dayandığını qeyd etdi. qonaq əminliyini bildirdi ki, azərbaycan təşkilatın daha da inkişaf etdirilməsinə, gündəlikdə duran məsələlərin həyata keçirilməsinə öz əsaslı töhfəsini verəcək.

görüşdə d-8 çərçivəsində enerji, iqlim fəaliyyəti, ticarət, kiçik və orta sahibkarlığın inkişafı, gənclər, media və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Baxış sayı: 7 361

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə