bakı, 4 mart, arhd.media
tbmm-in sədri numan kurtulmuş ramazan ayının başlaması münasibətilə milli məclisin sədri sahibə qafarovanı təbrik edib
martın 4-də türkiyə böyük millət məclisinin (tbmm) sədri numan kurtulmuş milli məclisin sədri sahibə qafarovaya zəng edərək mübarək ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.
milli məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a bildiriblər ki, tbmm-in sədri bu mübarək ayın qardaş azərbaycan xalqına və müsəlman dünyasına sülh, əmin-amanlıq, xeyir-bərəkət gətirməsini diləyib.
telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən parlamentlərimizin əməkdaşlığı məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.























