davos, 22 yanvar, arhd.media
azərbaycan respublikasının prezidenti ilham əliyev yanvarın 22-də davosda qarşı tərəfin müraciəti əsasında abş-ın xristian liderlər konqresinin rəhbəri conni mur ilə görüşüb.
söhbət zamanı azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulandı.
görüşdə azərbaycan-abş əlaqələrinin tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
dövlətimizin başçısı bildirdi ki, bayden-blinken administrasiyası dövründə abş tərəfindən azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. prezident ilham əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə bayden-blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirdi.
söhbət zamanı azərbaycan ilə tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olundu.





















