

march 2, 2025 arhd.media
azərbaycan səfiri iran – azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı ilə ikitərəfli əlaqələri müzakirə edib
azərbaycanın irandakı səfiri əli əlizadə iran – azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı südeyf bədri ilə ikitərəfli əlaqələri müzakirə edib.
“arhd.media” xəbər verir ki, bu barədə tehrandakı diplomatik missiyanın sosial şəbəkə hesabında bildirilib.
“azərbaycan res. iran ir-dəki səfiri ə.əlizadə iran-azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri südeyf bədri və qrupun üzvləri ilə görüşüb, ikitərəfli əlaqələrə və dostluq qrupları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılmasına dair fikir mübadiləsi aparıb”, – səfirliyin mətbuat xidməti qeyd edib.























