azərbaycan-avropa ittifaqı münasibətlərinin hazırkı durumu müzakirə olunub

bakı, 28 fevral, arhd.media



azərbaycan-avropa ittifaqı münasibətlərinin hazırkı durumu müzakirə olunub


fevralın 28-də azərbaycanın xarici işlər naziri ceyhun bayramov ilə avropa ittifaqının (ai) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, avropa komissiyasının vitse-prezidenti kaya kallas arasında telefon danışığı aparılıb.

xarici işlər nazirliyinin mətbuat xidməti idarəsindən arhd.media-a verilən məlumata görə, telefon danışığı zamanı azərbaycan və ai münasibətlərinin hazırkı durumu və perspektivləri nəzərdən keçirilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin geniş potensiala malik olduğunu, gündəlikdə duran məsələlərin irəlilədilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla, siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Baxış sayı: 5 472

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə