bakı, 28 fevral, arhd.media
milli məclisin növbəti plenar iclası başlayıb
fevralın 28-də milli məclisin növbəti plenar iclası keçirilir.
arhd.media xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı 16 məsələ daxil edilib:
1. “azərbaycan respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” azərbaycan respublikasının konstitusiya qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası konstitusiya qanununun layihəsi (üçüncü oxunuş);
2. “aviasiya haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (üçüncü oxunuş);
3. azərbaycan respublikasının cinayət məcəlləsində və azərbaycan respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi (üçüncü oxunuş);
4. “sosial sığorta haqqında” azərbaycan respublikasının qanununda və azərbaycan respublikasının vergi məcəlləsində dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (üçüncü oxunuş);
5. “tibbi sığorta haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (üçüncü oxunuş);
6. azərbaycan respublikasının mənzil məcəlləsində dəyişiklik edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi (üçüncü oxunuş);
7. “məhkəmələr və hakimlər haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 29 mart tarixli 1115-viqd nömrəli qanununun icrası ilə əlaqədar azərbaycan respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi;
8. “korrupsiyaya qarşı mübarizə haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (ikinci oxunuş);
9. “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (ikinci oxunuş);
10. azərbaycan respublikasının inzibati xətalar məcəlləsində və “hərbi vəzifə və hərbi xidmət haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (ikinci oxunuş);
11. azərbaycan respublikasının cinayət məcəlləsində və “xidməti və mülki silah haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (ikinci oxunuş);
12. “mühasibat uçotu haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (ikinci oxunuş);
13. “nəqliyyat haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
14. “təhsil haqqında” və “peşə təhsili haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
15. “feldyeger rabitəsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
16. “konstitusiya məhkəməsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş).























