bakı, 27 fevral, arhd.media
qvineya-bisau prezidenti fəxri xiyabanda ulu öndər heydər əliyevin xatirəsini anıb
ölkəmizdə rəsmi səfərdə olan qvineya-bisau respublikasının prezidenti umaru sisoku embalo fevralın 27-də fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil azərbaycan dövlətinin memarı və qurucusu heydər əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
arhd.media xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik zərifə xanım əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
həmçinin tanınmış dövlət xadimi əziz əliyevin və professor tamerlan əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.























