bakı, 27 fevral, arhd.media
qvineya-bisau prezidenti azərbaycana rəsmi səfərə gəlib
qvineya-bisau respublikasının prezidenti umaru sisoku embalo fevralın 27-də azərbaycan respublikasına rəsmi səfərə gəlib.
arhd.media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı heydər əliyev beynəlxalq aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
qvineya-bisau prezidentini hava limanında azərbaycan respublikası baş nazirinin birinci müavini yaqub eyyubov, xarici işlər nazirinin müavini yalçın rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.
























