ankara, 26 fevral, arhd.media
rəcəb tayyib ərdoğan: xocalı faciəsinin ağrısını heç vaxt unutmayacağıq
türkiyə prezidenti rəcəb tayyib ərdoğan xocalı soyqırımı qurbanlarının xatirəsinin unudulmayacağını bildirib.
arhd.media xəbər verir ki, türkiyə liderinin sosial şəbəkədəki paylaşımında deyilir: “xocalı faciəsinin 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşların xatirəsini dərin ehtiramla yad edirəm. biz xocalı faciəsinin ağrısını heç vaxt unutmayacağıq, itkilərin ağrı-acısını qəlbimizdə daşıyacağıq. kədərdə və sevincdə bir olduğumuz qardaş azərbaycan xalqına başsağlığı verirəm”.






















