davos, 21 yanvar, arhq.az


azərbaycan respublikasının prezidenti ilham əliyev yanvarın 21-də davosda qarşı tərəfin müraciəti əsasında israil dövlətinin prezidenti isxak hersoq ilə görüşüb.
görüşdə azərbaycan ilə israil arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu.
isxak hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.
söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirildi.
azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu vurğulandı, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli şəraitin yaradıldığı məmnunluqla qeyd edildi.





















