Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində Prezident Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkianla görüşüb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melanya Harutyunyan məlumat yayıb.


Bildirilib ki, görüşlər Antalyada keçirilən COP31 iqlim konfransı çərçivəsində baş tutub. Paşinyanın Ərdoğan və Pezeşkianla apardığı danışıqların təfərrüatları hələlik açıqlanmayıb.


Qeyd edək ki, Ermənistanın Baş naziri COP31 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunmuş Liderlər Sammitində iştirak edib.

Baxış sayı: 4 220

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə