2027-ci ilin dövlət büdcəsi zərfi Milli Məclisdə müzakirəyə çıxarılır.


“ARHD.MEDiA”nın  əldə etdiyi məlumata görə, büdcə zərfinə daxil olan sənədlər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 5-də keçiriləcək iclasında müzakirə olunacaq.


Müzakirələrdə maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər qurumların əməkdaşlarının iştirak edəcəyi gözlənilir.


Bundan əlavə, Milli Məclisin digər müvafiq komitələrinin iclaslarında da hökumət rəsmiləri iştirak edəcəklər.


Qeyd edək ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir.

Baxış sayı: 3 983

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə