Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.


“ARHD.MEDiA” “Report”a istinadən xəbər verir ki, oktyabrın 30-u dövlət başçısı Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 dünya çempionatı və festivalının finalçılarını mükafatlandıracaq.


Belə ki, sabah FİFA U-15 dünya çempionatı və festivalının final oyunu və rəsmi bağlanış mərasimi keçiriləcək. Prezidentin mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.


Ölkə başçısının tapşırığına əsasən, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.


Eyni zamanda, Zirvə görüşü çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər.

Baxış sayı: 4 726

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə