ankara, 19 fevral, arhd.media
türkiyəli deputat: zəngəzur dəhlizi türkiyənin geosiyasi mövqeyini gücləndirəcək
türkiyənin azərbaycanla həmsərhəd olan iqdır vilayətinin hakimiyyət orqanları ankaranın türk ölkələri ilə əməkdaşlığı istiqamətində yeni bir stimul olacaq tarixi ipək yolu marşrutunu bərpa etmək üçün bütün səylərini əsirgəmir.
arhd.media xəbər verir ki, bunu türkiyə böyük millət məclisinin (tbmm) iqdır vilayətindən olan deputatı cantürk alagöz sosial şəbəkələrdə yazıb.
hakim ədalət və inkişaf partiyasının (ak parti) millət vəkili zəngəzur dəhlizinin tezliklə açılmasının vacibliyini vurğulayıb.
“zəngəzur dəhlizindən istifadə avropa ilə asiya arasında fasiləsiz ticarət və kommunikasiya marşrutu yaratmaqla türkiyənin geosiyasi mövqeyini gücləndirəcək”, - deyə alagöz bildirib.
bu arada, “yeşil iğdır” qəzeti türkiyəli ekspertlərin fikrinə istinadla yazıb ki, azərbaycandan türkiyəyə yeni dəhlizin açılması şərqi anadolunun iqtisadi potensialının tam reallaşmasına imkan verəcək və ölkənin bu hissəsində əhalinin sayının artmasına səbəb olacaq.























