Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı çobanın Tavuş vilayətinin ərazisinə keçməsi barədə yayılan məlumatları təsdiq edib.


“ARHD.MEDiA” xəbər verir ki, Ermənistan MTX-nin yaydığı məlumatda sözügedən şəxsin kimliyi də açıqlanıb.


Bildirilib ki, 1968-ci il təvəllüdlü Qasımov Yaşar Əli oğlu oktyabrın 19-da saat 17:50 radələrində Tavuş vilayətində aşkar edilib. 


Onun Tovuz rayonunun Çatax kəndinin sakini olduğu və yoxlamalar nəticəsində yolu azaraq Ermənistan ərazisinə keçdiyi bildirilib. 


Məlumata əsasən, həmyerlimizin Azərbaycana geri qaytarılması istiqamətində işlər aparılır.

Baxış sayı: 2 842

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə