Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi başa çatıb.


“ARHD.MEDiA” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu təlimin gedişatını izləyiblər.


Əvvəlcə təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında ətraflı məlumat verilib, qarşıda duran məqsədlər izah olunub.


Sonra təlim iştirakçıları tərəfindən tapşırıqlar praktiki olaraq yerinə yetirilib. Bölmələrin fəaliyyəti, həmçinin şəxsi heyətin hazırlığı, bilik və bacarıqları təlimin gedişatını izləyənlər tərəfindən yüksək qiymətləndirilib.


Sonda fərqlənən hərbi qulluqçulara sertifikat, fəxri fərman və digər mükafatlar təqdim edilib.

Baxış sayı: 3 234

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə