“Elektrik təchizatı şəbəkələrinin qarşılıqlı əlaqələndirilməsi ən asan həyata keçirilə bilən məsələdir və bu proses artıq gedir”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Ermənistan-Türkiyə sərhədinin açılması barədə danışarkən deyib.


“Düşünürəm ki, birinci dərəcəli nəticələri yaxın gələcəkdə görə biləcəyik, çünki orada böyük tikinti işlərinə ehtiyac yoxdur. Həm böyük iş tələb edən, həm də asanlıqla həll edilə bilən məsələlər var”, - Mirzoyan bildirib.


O, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin xeyli dərəcədə irəlilədiyini qeyd edib: “Ermənistan-Türkiyə dialoqu o qədər intensivdir ki, artıq diplomatik dildə müxtəlif iqtisadi, ticarət məsələləri barəsində danışmaq mümkündür. Bu proses o qədər yetişib ki, biz artıq sabah yuxudan oyanıb Ermənistan-Türkiyə sərhədinin açıldığını görə bilərik”.

Baxış sayı: 3 282

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə